skip to Main Content
MedEra Hospital
Bakı ş., Əcəmi Naxçıvani 53
Sosial şəbəkələr:
Randevu al

Pasiyentləri narahat edən məqamlar

Hepatit C xəstəliyi müalicə olunurmu?

Bəli. Hal-hazırda hepatit C xəstəliyi çox uğurla müalicə olunur. Həb şəklində olan yeni virus əleyhinə preparatlar qısa müddətdə yüksək effektivlik nümayiş etdirir.

Hepatit B daşıyıcılarının müalicəyə ehtiyacı vardırmı?

Xeyr. Hepatit B daşıyıcılarının virus əleyhinə müalicəyə ehtiyacı yoxdur. Onlar sadəcə 6-12 aydan bir növbəti müayinədən keçməklə hepatoloq müşahidəsində qalmalıdırlar.

Mən hepatit B daşıyıcısıyam, hamiləyəm. Doğuş zamanı mənim xəstəliyim uşağa keçə bilərmi?

Hepatit B daşıyıcısı olan analardan doğuş zamanı doğulan körpəyə hepatit B virusunun keçməsi mümkündür. Bunun baş verməməsi üçün hamilə analar hamiləliyin gedişi zamanı paralel olaraq hepatoloq tərəfindən də müayinə olunmalı, ehtiyac olarsa müəyyən müdaxilələr olunmalı və doğuşun qeysəriyyə əməliyyatı yolu ilə və ya təbii yolla aparılması məsələsi müzakirə olunmalıdır.

Salam. Məndə USM müayinəsi zamanı qaraciyərimdə piylənmə əlamətləri aşkar edildi. Mən bu xəstəliyə görə dərman qəbul etməliyəm?

Qaraciyər sadəcə yağlana bilər və ya qaraciyərin yağlı iltihabı baş verə bilər. Sadə yağlanmada dərman preparatlarına ehtiyac yoxdur. Ancaq, bu iltihab və fibroz formasına keçibsə verilən tibbi məsləhətlər yetərli deyildir, dərman preparatları təyin edilə bilər.

Mən hər il 3-4 dəfə “Qrip” xəstəliyinə yoluxuram. Bunun baş verməməsi üçün nə etməliyəm?

Qrip virus xəstəliyidir. Ondan qorunmaq üçün əvvəla sağlamlaşdırıcı tədbirlərə (immunitetim möhkəmlədirilməsi, idman, düzgün qidalanma və s.) və gigyenik tələblərə diqqət olunmalıdır. Mövsümi qripdən qorunmağın ən sınanmış yollarından biri də mövsüm qabağı qrip əleyhinə peyvəndin vurulmasıdır.

Əlavə suallarınızı həkimə ünvanlayın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back To Top